Omandakı nəhəng neft sızması hansı fəsadlara səbəb ola bilər?
Oman sahillərinə çatan nəhəng neft sızması ciddi ekoloji təhlükə yaradıb. Peyk görüntülərinə əsasən, neft təbəqəsi 2 min kvadratkilometrdən çox dəniz sahəsinə yayılıb. Çirklənmənin Rəs Mədrəkə yaxınlığında təxminən 40 kilometrlik sahil zolağına təsir göstərə biləcəyi bildirilir. Məzirə adasının sahilləri də təhlükə altındadır. Sızma nadir dəniz canlılarının yaşadığı qorunan ərazilərə ciddi zərər vura bilər. Ən təhlükəli ehtimal zədələnmiş gəminin parçalanaraq içərisindəki neftin böyük hissəsinin dənizə axmasıdır. Bu halda sızmanın miqyası son onilliklərin ən böyük neft fəlakətlərindən biri ilə müqayisə edilə bilər. Əlverişsiz hava şəraiti isə həm neftin yayılmasını sürətləndirir, həm də onun qarşısının alınması işlərini çətinləşdirir.
İqlim dəyişikliyi və səs-küy balıqların çoxalmasına təsir göstərir
Ekoakustika üzrə mütəxəssis və sosioloq İpek Oskay bildirib ki, iqlim dəyişikliyi dəniz suyunun temperaturunu, duzluluğunu və turşuluq (asitlik) səviyyəsini dəyişdirir, bu da dənizaltı səs mühitini poza bilər: “Səs siqnallarını səhv qəbul edən balıqların yırtıcılardan qaçma və cütləşmə davranışları mənfi təsirlənə bilər”.