Livan rəsmiləri Hizbullahı daxili sabitliyi pozmaqda ittiham edir
Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib. Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.
Livan hökuməti ölkəni İsrail qarşısında müdafiəsiz buraxır – Hizbullah
Hizbullah Livan hökumətinin İsrailin hücumlarına qarşı duran müqavimət qüvvələrindən silahların alınması barədə qərarını böyük səhv adlandırıb. Bu barədə təşkilatın "Telegram" kanalında yaydığı bəyanatda bildirilib.