13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livan rəsmiləri Hizbullahı daxili sabitliyi pozmaqda ittiham edir

Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib. Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.

15 Avqust 2025 20:10
Livan rəsmiləri Hizbullahı daxili sabitliyi pozmaqda ittiham edir

BAKI, AzerVoice, Səməd Əyyubov

Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib.

AzerVoice-un məlumatına görə, Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.

Livan parlamentinin üzvü Əşrəf Rifi isə Hizbullah lideri Naim Qasımın “hər hansı daxili qarşıdurmaya görə məsuliyyətin hökumətə aid olduğu” bəyanatına cavab olaraq, onu daxili müharibə hədəsini təkrarlamamağa çağırıb. Rifi, Qasımın partiyasının Livana işğal, humanitar böhran və iqtisadi fəlakət miras qoyduğunu, indi isə məğlubiyyətdən sonra dövləti və xalqı hədələyərək özünü qurban kimi təqdim etdiyini və əksəriyyəti xəyanətdə ittiham etdiyini vurğulayıb.

Sağçı xristian Kətaib Partiyasının deputatı Elias Hankeş, Qasımın sözlərinin “xalqın həyatını, Livanın qanuni əsaslarını və ərazi bütövlüyünü təhdid etdiyini” söyləyib.

Millət vəkili Vaddah Sadıq isə cəmiyyətin sülhünün heç bir halda şantaj vasitəsinə və ya məzhəb gərginliyi alətinə çevrilməməli olduğunu, Livanlıların həyatının hər hansı bir partiyanın, qrupun və ya məzhəbin əlində ola bilməyəcəyini qeyd edib.

Livan Qüvvələri Partiyasının millət vəkili Qeys Yəzbek bildirib ki “Naim Qasım sözləri ilə İsraillə döyüşür, əməli ilə isə Livanı məhv edir."

"Bizə hədə-qorxu gəlmə, çünki artıq ümumi bir qırğının içindəyik. Livana mərhəmət edin” - deyə, o Hizbullah liderinə səslənib.

Qeyd edək ki, Hizbullahın baş katibi Naim Qasım, İsrail işğalı davam etdiyi müddətdə silahı buraxmayacaqlarını, ABŞ–İsrail layihəsinə qarşı nə bahasına olursa olsun mübarizə aparacaqlarını bəyan edib. O, hər hansı daxili qarşıdurma və ölkənin müdafiə vəzifəsinin yerinə yetirilməməsinə görə bütün məsuliyyətin Livan hökumətinə aid olacağını bildirib. Qasım həmçinin hücumların dayandırılması və İsrailin Livandan çıxarılması tələbini irəli sürərək, milli və strateji təhlükəsizlik məsələlərinin müzakirəsi zamanı bütün asanlıqları təmin etməyə hazır olduqlarını vurğulayıb.

Məqalədə: #Livan #Hizbullah #silahlar #Livan xəbərləri #Livan ordusu #İsrail və Livan münaqişəsi #İsrail və Hizbullah qarşıdurması #Livan siyasəti 2025 #Hizbullah və Livan siyasəti #Livanda silahlı qruplar və dövlət #Livanda regional siyasət #Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #İsrail və Hizbullah müharibəsi #Hizbullahın Livandakı təsiri #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #Hizbullahın silahsızlaşdırılması #Livanda Hizbullahın silahları necə ləğv olunur? #Hizbullah silahları təhvil verir #Hizbullahın tərksilahı #Hizbullah silahlarını nə vaxt təhvil verəcək? #Silahlarla bağlı məhdudiyyətlər #Hizbullah silahların alınması qərarı #Livan hökuməti tərksilah qərarı #Hizbullah tərksilah məsələsi

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

12 Sentyabr 19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

12 Sentyabr 18:31

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.