ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı
ABŞ-da federal məhkəmə Donald Tramp administrasiyasının aralarında Əfqanıstan, İran, Rusiya və Somalinin də olduğu 75 ölkədən miqrantların viza müraciətlərinin dayandırılması siyasətini qanuna zidd hesab edərək ləğv edib. Nyu-Yorkdakı ABŞ Dairə Məhkəməsinin hakimi Jannet Varqas qərarında ABŞ Dövlət katibi Marko Rubionun bu ölkələrin vətəndaşlarına viza verilməsinin ümumi şəkildə dayandırılmasını nəzərdə tutan siyasətin administrasiyanın səlahiyyətlərini aşdığını bildirib.
ABŞ hərbi bazalarda miqrantlar üçün saxlanma mərkəzləri yaratmağa başlayıb
ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların saxlanılması üçün hərbi bazalarda xüsusi obyektlərin yaradılması istiqamətində praktiki addımlar atmağa başlayıb. İlk belə mərkəzin Texas ştatının Meksika sərhədində yerləşən El Paso bölgəsindəki “Fort Bli” hərbi bazasında qurulması nəzərdə tutulur.