6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ hərbi bazalarda miqrantlar üçün saxlanma mərkəzləri yaratmağa başlayıb

ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların saxlanılması üçün hərbi bazalarda xüsusi obyektlərin yaradılması istiqamətində praktiki addımlar atmağa başlayıb. İlk belə mərkəzin Texas ştatının Meksika sərhədində yerləşən El Paso bölgəsindəki “Fort Bli” hərbi bazasında qurulması nəzərdə tutulur.

8 Avqust 2025 23:01
ABŞ hərbi bazalarda miqrantlar üçün saxlanma mərkəzləri yaratmağa başlayıb

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların saxlanılması üçün hərbi bazalarda xüsusi obyektlərin yaradılması istiqamətində praktiki addımlar atmağa başlayıb.

AzerVoice-un məlumatına görə, ilk belə mərkəzin Texas ştatının Meksika sərhədində yerləşən El Paso bölgəsindəki “Fort Bli” hərbi bazasında qurulması nəzərdə tutulur.

ABŞ Miqrasiya və Gömrük Mühafizəsi İdarəsinin rəsmilərinin bildirdiyinə görə, bu mərkəz artıq bu ay minədək şəxsi qəbul etməyə hazırlaşır.

Planlara əsasən, “Fort Bli” bazasının tutumu gələcəkdə 5 min nəfərə çatdırılacaq və bu, ABŞ-da mülki şəxslər üçün yaradılmış ən böyük saxlama mərkəzi olacaq. Müdafiə naziri Pit Heqset ötən ay İndiana ştatındakı “Etterberi” hərbi düşərgəsi və Nyu-Cersidəki “Makquayr-Diks-Leykherst” bazasının da müvəqqəti olaraq minlərlə qeyri-qanuni miqrantın saxlanması üçün istifadəsinə razılıq verib.

Mənbələr bildirir ki, Heqset həmçinin Kuba ərazisində yerləşən Qvantanamo Hərbi Dəniz Bazasında çarpayıların sayının artırılmasına da razılıq verib. Lakin bu artım Trampın arzuladığı səviyyədən uzaqdır.

Bu hərbi bazalar Tramp administrasiyasının ABŞ-dan sürətli deportasiya mexanizmini həyata keçirmək planlarında əsas rol oynayır. Müdafiə Nazirliyi ilə yanaşı, Daxili Təhlükəsizlik Nazirliyinin də bu planlarda rolu artmaqdadır, çünki ölkənin şimal bölgələrindəki saxlanma mərkəzlərində yerlər çatışmır və bəzi ştatlar federal immiqrasiya qanunlarının icrasına dəstək verməkdən imtina edir.

Xatırladaq ki, bu ilin əvvəlində immiqrantların bir qismi Qvantanamoya göndərildikdə, onların hüquqlarını müdafiə edən təşkilatlar bu qərara qarşı məhkəməyə müraciət etmiş və miqrantların hüquqi yardıma çıxışlarının məhdudlaşdırıldığını bildirmişdilər.

Yay aylarında bəzi miqrantlar müvəqqəti olaraq Florida ştatındakı Everqleydz saxlanma mərkəzinə köçürülüblər. Orada saxlanılanlar şəraitin pis olması və hüquqi vəziyyətlərinə dair şikayətləri təqdim edə bilməməkdən narazı qalıblar.

"The Washington Post" qəzetinin yazdığına görə, nazir Heqset “Etterberi” və “Makquayr-Diks-Leykherst” bazalarında lisenziyasız müvəqqəti saxlama mərkəzlərinin qurulmasına da razılıq verib. Həmin obyektlərin istifadəyə verilmə vaxtı Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyalı şəkildə müəyyənləşdiriləcək.

ABŞ Miqrasiya və Gömrük Mühafizəsi İdarəsinin rəsmiləri bildirib ki, “Fort Bli” bazasında avqustun 17-nə qədər min nəfərin saxlanması planlaşdırılır.

Məqalədə: #Meksika #deportasiya #Tramp administrasiyası #Venesuelalı miqrantlar #Qeyri-qanuni miqrantlar #Deportasiya siyasəti #Miqrantların qaytarılması #ABŞ-da miqrantların saxlanması #ABŞ miqrasiya siyasəti #ABŞ hərbi bazaları #Fort Bli saxlama mərkəzi #ABŞ-Meksika sərhədi #Qvantanamo bazası miqrantlar #ABŞ-da deportasiya planı #ABŞ Miqrasiya İdarəsi #Etterberi hərbi bazası

Mövzu üzrə digər xəbərlər

İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ
Digər Dövlətlər

İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

3 Sentyabr 18:50
Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb
Küveyt

Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

3 Sentyabr 09:09
İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb
İran

İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

1 Sentyabr 22:45
ABŞ Meksika sərhədində lazer silahından istifadə edib
Digər Dövlətlər

ABŞ Meksika sərhədində lazer silahından istifadə edib

28 Avqust 11:40

Son Xəbərlər

Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.