İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ
ABŞ rəsmisi İranın çərşənbə günü gecə həyata keçirdiyi cavab hücumları ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bölgədəki ABŞ hərbi bazalarından heç biri zərbəyə məruz qalmayıb. Küveytdə yerləşən Amerika hərbi bazalarının da vurulmadığı bildirilib. İran hücumları ABŞ-nin əvvəlki hərbi əməliyyatlarına cavab olaraq həyata keçirib. ABŞ rəsmisi hərbi obyektlərə zərbə dəymədiyini xüsusi vurğulayıb. Hücumların qarşısının necə alındığı barədə əlavə məlumat verilməyib. Bölgədəki Amerika hərbi obyektlərinin təhlükəsizliyi davam edən qarşıdurmanın əsas məsələlərindən biri olaraq qalır. ABŞ və İran arasında hərbi gərginlik fonunda tərəflərin növbəti addımları diqqətlə izlənilir.
Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb
Küveyt hava hücumundan müdafiə qüvvələri İran tərəfindən ölkəyə yönəldilən raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumun qarşısını alıb.Bu barədə VOA məlumat verir. Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin hazırda İranın raket və PUA hücumlarına qarşı mübarizə apardığını açıqlayıb.İran dövlət televiziyası isə hücumların Küveytdəki ABŞ hərbi bazalarını hədəf aldığını bildirib. Tehran hücumların ABŞ-ın İrana qarşı son zərbələrinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.
İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb
İran ABŞ-nin son hücumlarına cavab olaraq hərbi əməliyyata başladığını açıqlayıb. İran Silahlı Qüvvələrinin məlumatına görə, bölgədəki ABŞ hərbi bazaları və maraqları hədəfə alınır. Hücumlarda raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilir. Tehran əməliyyatın ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrə cavab olduğunu bəyan edib. İran bundan əvvəl ölkəsinə hücumlarda istifadə olunan bölgədəki obyektləri hədəfə ala biləcəyi barədə xəbərdarlıq etmişdi. ABŞ isə İran ərazisindəki hədəflərə yeni zərbələr endirdiyini açıqlayıb. İranın hansı ABŞ bazalarını vurduğu barədə hələlik ətraflı məlumat verilməyib. Son qarşılıqlı hücumlar bölgədə hərbi gərginliyin daha da artdığını göstərir.
Körfəz ölkələri İranın son hücumlarını pisləyib
Küveyt, İordaniya, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri İranın son hərbi əməliyyatlarını kəskin şəkildə pisləyərək onları regional sabitliyə ciddi təhdid adlandırıblar. Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İranın hərbi əməliyyatları bölgədə gərginliyin azaldılmasına yönəlmiş regional və beynəlxalq səylərə zərbə vurur. Rəsmi Küveyt ölkənin təhlükəsizliyi, suverenliyi, vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinin "qırmızı xətt" olduğunu vurğulayıb.
ABŞ dövlət katibi: NATO İran müharibəsində kifayət qədər dəstək vermir
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Tramp NATO-nun İran müharibəsinə verdiyi reaksiyadan çox məyusdur. İspaniyanın ABŞ–İsrail əməliyyatları zamanı Amerika ordusuna hərbi bazalardan istifadə etməyə icazə verməməsi NATO daxilində narazılığı artırıb. Rubio qeyd edib ki, bu məhdudiyyət alyansın məqsədini sual altına qoyur və Trampın narazılığı diplomatik gərginliyi daha da dərinləşdirir.
ABŞ Avropanı itirsə ən böyük zərbə kimə dəyəcək?
ABŞ prezidenti Donald Trampın Avropa ilə tarixi tərəfdaşlığı yenidən nəzərdən keçirməsi Vaşinqtonun qlobal nüfuzu və təhlükəsizlik strategiyası ilə bağlı ciddi müzakirələrə səbəb olub. Son dövrlərdə ABŞ ilə Almaniya arasında yaranan gərginlik transatlantik münasibətlərdə dərin çatların meydana çıxdığını göstərir. Almaniya kansleri Fridrix Mertsin ABŞ-ın İran siyasətini tənqid etməsindən sonra Donald Tramp sərt cavab verərək əlavə gömrük rüsumları tətbiq edib və Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını gündəmə gətirib.
ABŞ Qəzzaya yaxın ərazidə hərbi baza quracaq
ABŞ hökumətinin İsrailin Qəzza sərhədinə yaxın ərazidə hərbi baza inşa etməyi planlaşdırdığı bildirilir. ABŞ administrasiyası İsrail hökuməti və Ordusu (IDF) ilə aparılan danışıqlar çərçivəsində layihə təklifi təqdim edib və Qəzza ətrafında potensial yerlərin araşdırılmasına başlanılıb.
ABŞ hərbi bazalarda miqrantlar üçün saxlanma mərkəzləri yaratmağa başlayıb
ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların saxlanılması üçün hərbi bazalarda xüsusi obyektlərin yaradılması istiqamətində praktiki addımlar atmağa başlayıb. İlk belə mərkəzin Texas ştatının Meksika sərhədində yerləşən El Paso bölgəsindəki “Fort Bli” hərbi bazasında qurulması nəzərdə tutulur.