8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Körfəz ölkələri İranın son hücumlarını pisləyib

Küveyt, İordaniya, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri İranın son hərbi əməliyyatlarını kəskin şəkildə pisləyərək onları regional sabitliyə ciddi təhdid adlandırıblar. Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İranın hərbi əməliyyatları bölgədə gərginliyin azaldılmasına yönəlmiş regional və beynəlxalq səylərə zərbə vurur. Rəsmi Küveyt ölkənin təhlükəsizliyi, suverenliyi, vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinin "qırmızı xətt" olduğunu vurğulayıb.

8 İyul 2026 13:24
Körfəz ölkələri İranın son hücumlarını pisləyib

BAKI,VOA Orxan Qədirzadə

Küveyt, İordaniya, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri İranın son hərbi əməliyyatlarını kəskin şəkildə pisləyərək onları regional sabitliyə ciddi təhdid adlandırıblar.

Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İranın hərbi əməliyyatları bölgədə gərginliyin azaldılmasına yönəlmiş regional və beynəlxalq səylərə zərbə vurur. Rəsmi Küveyt ölkənin təhlükəsizliyi, suverenliyi, vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinin "qırmızı xətt" olduğunu vurğulayıb.

İordaniya da İranın Küveytə qarşı hücumlarını qınayaraq bunu ölkənin suverenliyinin pozulması, təhlükəsizliyinə təhdid və beynəlxalq hüququn, eləcə də BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Qətər Xarici İşlər Nazirliyi isə İranın Bəhreyn və Küveytə qarşı təkrarlanan hücumlarını pisləyərək bütün tərəfləri dialoq və diplomatiya yolunu davam etdirməyə çağırıb. Doha əldə olunmuş anlaşma memorandumunun nəticələrinin qorunmasının regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi baxımından vacib olduğunu bildirib.

Misir Xarici İşlər Nazirliyi də İranın Küveyt, Bəhreyn və digər Körfəz ölkələrinə qarşı hücumlarını qəbuledilməz adlandırıb. Qahirə bu addımların həmin dövlətlərin suverenliyinə açıq müdaxilə, regionun təhlükəsizliyinə ciddi təhdid və gərginliyi artıran təhlükəli eskalasiya olduğunu bəyan edib.

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş isə İranın Hörmüz boğazında Qətər və Səudiyyə Ərəbistanına məxsus kommersiya tankerilərinə, eləcə də Bəhreyn və Küveytə qarşı hücumlarının Tehranın gərginliyi azaltmaq öhdəliyinə sadiq olmadığını göstərdiyini bildirib. Onun sözlərinə görə, Körfəz ölkələri İranın davamlı təzyiqlərinin hədəfi ola bilməz.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bundan əvvəl ABŞ-ın İrana endirdiyi hava zərbələrinə cavab olaraq Küveytdə yerləşən Əli əl-Salem aviabazasına və Bəhreyndəki ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirdiyini açıqlamışdı.

ABŞ isə çərşənbə günü Hörmüz boğazında tankerlərə hücumlara cavab olaraq İran ərazisində onlarla hərbi hədəfə hava zərbələri endirdiyini bəyan edib.

Bu arada Çin də Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsindən narahatlığını ifadə edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin hərbi üsulların mövcud problemləri həll edə bilməyəcəyini bildirib və tərəfləri müharibənin yenidən alovlanmasına imkan verməməyə, dialoq və diplomatiyaya üstünlük verməyə çağırıb.

Məqalədə: #Küveyt #Birləşmiş Ərəb Əmirlikləri #Qətər #Bəhreyn #Körfəz ölkələri #ABŞ hərbi bazaları #İran–ABŞ qarşıdurması #İran hücumları #İran İslam İnqilabı Keşikçiləri Korpusu #Əli əl-Salem aviabazası

Mövzu üzrə digər xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb

7 Sentyabr 22:07
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər

Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur

7 Sentyabr 20:15

Son Xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.