Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub
Qadın və kişi voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqalarında növbəti oyunların vaxtı bəlli olub. Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Türkiyə voleybol millisi 5-ci dəfə Dünya Çempionatında mübarizə aparacaq
Metro Manila bölgəsində yerləşən Pasay və Kveson şəhərlərinin 12–28 sentyabr tarixlərində ev sahibliyi edəcəyi təşkilatın açılış oyunu bu gün saat 14:00-da Filippinlə Tunis arasında keçiriləcək. Türkiyə Milli Kişi Voleybol Komandası 1956, 1966, 1998 və 2022-ci illərdən sonra 5-ci dəfə Kişilər arasında Dünya Voleybol Çempionatında iştirak edəcək.
Türkiyənin qadın voleybolçuları ilk dəfə dünya çempionatının finalına yüksəlib
Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailandda keçirilən dünya çempionatında yarımfinal oyununa çıxıb. “Filenin sultanları” yarımfinalda Yaponiyanı 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə həlledici mərhələyə yüksəlib. Türkiyə millisi finalda Braziliya-İtaliya cütünün qalibi ilə qarşılaşacaq.