“Snapback” işə salınsa, MAQATE ilə yeni razılaşma ləğv olunacaq - İran
İranın xarici işlər naziri Abbas Əraqçi, BMT Təhlükəsizlik Şurasında sanksiyaların bərpasını nəzərdə tutan “snapback mexanizmi”nin işə salınması halında İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında imzalanan yeni razılaşmanın ləğv olunacağını açıqlayıb.
Misirin İran-MAQATE danışıqlarında vasitəçi rolu
Son üç ay ərzində Misir intensiv diplomatik fəaliyyət göstərərək İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini Qahirədə qəbul edib. Görüşlərin əsas məqsədi İranla Agentlik arasında əməkdaşlığı tənzimləyəcək yeni mexanizmin yekun mətnini hazırlamaq olub. Bu dövrdə Misir xarici işlər naziri Bədr Əbdülati, Əraqçi və Qrossi arasında 12-yə yaxın diplomatik təmas qurulub. Onlardan üçü üzbəüz görüş, qalanları isə telefon danışıqları şəklində baş tutub. Bundan başqa, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff da prosesə fəal şəkildə cəlb olunub. Misir XİN sözçüsü Təmmim Xilaf bildirib ki, bu fəaliyyət İranın nüvə proqramı ilə bağlı “qaneedici razılaşmaya doğru irəliləyiş” deməkdir. Onun sözlərinə görə, Qahirə iyunun ortalarından etibarən İranla MAQATE arasında əməkdaşlığı bərpa etmək, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək üçün vasitəçilik missiyasını həyata keçirir.
İran və Misir XİN rəhbərləri regional məsələləri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi Qahirədə misirli həmkarı Bədr Əbdülatti ilə görüşüb. Əraqçi, yüksək səviyyəli misirli rəsmilərlə danışıqlar aparmaq məqsədilə diplomatik nümayəndə heyətinə rəhbərlik edir. Səfər çərçivəsində onun Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də ayrıca görüşü nəzərdə tutulur.
İran BAEA ilə yeni əməkdaşlığın qurulması üzərində işləyir - Əraqçi
Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə yeni əməkdaşlıq çərçivəsinin hazırlanması üzərində işləyir. Əraqçi Avropa üçlüyünə (Böyük Britaniya, Fransa və Almaniyaya - red.) işarə edərək bildirib ki, onların “snapback” mexanizmini işə salaraq İrana qarşı sanksiyaların bərpasına təşəbbüs göstərməsi ciddi səhvdir.