Amazon-un Zoox şirkəti Las-Veqasda ödənişli robotaksi xidmətinə başlayır
Amazon-a məxsus Zoox gələn həftə Las-Veqasda ödənişli robotaksi xidmətini işə salacaq. Şirkət ABŞ-də insan idarəetmə elementləri olmayan robotaksilərin kommersiya istifadəsinə icazə alan ilk operatorlardan biridir. Tariflər "komfort" kateqoriyasına uyğun olacaq və məsafə ilə vaxta əsasən hesablanacaq. NHTSA xidmətə məhdud sayda avtomobil üçün icazə versə də, təhlükəsizliklə bağlı əlavə hesabat tələbləri tətbiq edib.
Umar Nurməhəmmədov UFC 324-də Deyvison Fiqeredonu məğlub edib
Rusiyalı idmançı Umar Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 324 turnirində braziliyalı Deyvison Fiqeredonu məğlub etdi. Döyüş U.Nurməhəmmədovun yekdil qərarla qələbəsi ilə başa çatdı.
Terens Krouford mütləq dünya çempionu titulunu qazanıb
Amerikalı boksçu Terens Krouford 76,2 kiloqramadək çəki dərəcəsində boks üzrə dünya çempionu titulunu qazanıb. ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən 12 raundlu döyüşdə o, meksikalı Saul Alvarezi hakimlərin yekdil qərarı ilə məğlub edib. Görüşü 70 min 482 tamaşaçı izləyib ki, bu da "Allegiant" stadionunda yeni rekord göstərici olub. Bütün hakimlər qələbəni 115:113, 115:113 və 116:112 hesabı ilə Krouforda veriblər.