6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Terens Krouford mütləq dünya çempionu titulunu qazanıb

Amerikalı boksçu Terens Krouford 76,2 kiloqramadək çəki dərəcəsində boks üzrə dünya çempionu titulunu qazanıb. ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən 12 raundlu döyüşdə o, meksikalı Saul Alvarezi hakimlərin yekdil qərarı ilə məğlub edib. Görüşü 70 min 482 tamaşaçı izləyib ki, bu da "Allegiant" stadionunda yeni rekord göstərici olub. Bütün hakimlər qələbəni 115:113, 115:113 və 116:112 hesabı ilə Krouforda veriblər.

14 Sentyabr 2025 10:40
Terens Krouford mütləq dünya çempionu titulunu qazanıb

BAKI, AzerVoice, Səməd Əyyubov

Amerikalı boksçu Terens Krouford 76,2 kiloqramadək çəki dərəcəsində boks üzrə mütləq dünya çempionu titulunu qazanıb.

AzerVoice-un məlumatına görə, ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən 12 raundlu döyüşdə o, meksikalı Saul Alvarezi hakimlərin yekdil qərarı ilə məğlub edib.

Görüşü 70 min 482 tamaşaçı izləyib ki, bu da "Allegiant" stadionunda yeni rekord göstərici olub.

Bütün hakimlər qələbəni 115:113, 115:113 və 116:112 hesabı ilə Krouforda veriblər.

Qeyd edək ki, 37 yaşlı Krouford Dünya Boks Şurası (WBC), Dünya Boks Assosiasiyası (WBA), Dünya Boks Təşkilatı (WBO) və Beynəlxalq Boks Federasiyası (IBF) üzrə dünya çempionu titullarını qazanıb. Ona həmçinin WBC tərəfindən tarixdə ilk dəfə dünya çempionu üzüyü təqdim olunub. Kroufordun aktivində 42 qələbə (31-i nokautla) var. O, hazırkı dünya çempionları arasında ən uzun qələbə seriyasının sahibidir. Krouford həm də tarixdə ilk dəfə üç fərqli çəki dərəcəsində mütləq dünya çempionu titulunu qazanan boksçu kimi adını yazdırıb.

Məqalədə: #boks #dünya çempionatı #Terens Krouford #Las-Veqas #Nevada #Dünya çempionu titulu #Dünya Boks Şurası (WBC) #Dünya Boks Assosiasiyası (WBA) #Dünya Boks Təşkilatı (WBO)

Mövzu üzrə digər xəbərlər

Misir qadın həndbol yığması dünya dördüncüsü oldu
ArabSport

Misir qadın həndbol yığması dünya dördüncüsü oldu

10 Avqust 07:22
Amazon-un Zoox şirkəti Las-Veqasda ödənişli robotaksi xidmətinə başlayır
Texnologiya

Amazon-un Zoox şirkəti Las-Veqasda ödənişli robotaksi xidmətinə başlayır

5 Avqust 19:15
2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək
ArabSport

2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

20 İyul 10:54
Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib
ArabSport

Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib

11 İyul 19:23

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.