ABŞ ilə Türkiyə arasında enerji əməkdaşlığında yeni addım - BOTAŞ və Mercuria arasında müqavilə imzalandı
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Ev görüşü öncəsi mühüm enerji razılaşmasının imzalandığını açıqlayıb. Razılaşmaya əsasən, 2026-cı ildən başlayaraq hər il təxminən 4 milyard kubmetr, ümumilikdə isə 70 milyard kubmetr təbii qaz ekvivalenti LNG Türkiyəyə gətiriləcək. LNG həm ABŞ-dakı yükləmə terminallarından, həm də Türkiyə, Avropa və Şimali Afrikadakı qazlaşdırma mərkəzlərindən təhvil veriləcək.