Rəfah buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər bağlı qalacaq - Netanyahu
Misir-Qəzza zolağı sərhəddindəki "Rəfah" buraxılış məntəqəsi “növbəti xəbərdarlığa qədər” bağlı qalacaq. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə, onun açılması məsələsinə HƏMAS-ın ölən girovların qalıqlarının qaytarılması ilə bağlı razılaşmanın müddəalarını yerinə yetirməsindən sonra baxılacaq.
HƏMAS daha iki ölü girov cəsədini İsrailə təhvil verəcək
Fələstinin "HƏMAS" hərəkatı daha iki girovun qalıqlarını yerli vaxtla saat 22:00-da İsrail tərəfinə təhvil verəcək.
İsrail razılaşmaya zidd olaraq Rəfah sərhəd qapısını açmayacaq
İsrail hökuməti Qəzzə ilə bağlı əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Rəfah sərhəd qapısını açmayacağını açıqlayıb. Qərar, İsrailin Qəzzaya humanitar yardım axınını da məhdudlaşdıracağı anlamına gəlir.
İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb
İsrail və Fələstin arasında Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Qəzzə zolağında iki ildir Qəssam briqadaları tərəfindən saxlanılan 20 israilli əsir azad edilib. Qəssam briqadaları tərəfindən saxlanılan israilli əsirlərin iki il ərzində tünellərdə qaldıqları bildirilir. Lakin görüntülərdə və ilkin tibbi hesabatlarda onların fiziki və psixoloji vəziyyətlərinin sabit olduğu qeyd olunur.