5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb

İsrail və Fələstin arasında Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Qəzzə zolağında iki ildir Qəssam briqadaları tərəfindən saxlanılan 20 israilli əsir azad edilib. Qəssam briqadaları tərəfindən saxlanılan israilli əsirlərin iki il ərzində tünellərdə qaldıqları bildirilir. Lakin görüntülərdə və ilkin tibbi hesabatlarda onların fiziki və psixoloji vəziyyətlərinin sabit olduğu qeyd olunur.

13 Oktyabr 2025 19:35
İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrail və Fələstin arasında Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Qəzzə zolağında iki ildir Qəssam briqadaları tərəfindən saxlanılan 20 israilli əsir azad edilib.

AzerVoice xəbər verir ki, azad edilən israillilər İsrail tərəfinə təhvil verilib və ilkin tibbi müayinədən keçirilib. İsrail Müdafiə Ordusu (IDF) nümayəndələri əsirlərin sağlamlıq vəziyyətinin qənaətbəxş olduğunu, onların yaxın günlərdə psixoloji reabilitasiya proqramına cəlb ediləcəyini açıqlayıb.

Qəssam briqadaları tərəfindən saxlanılan israilli əsirlərin iki il ərzində tünellərdə qaldıqları bildirilir. Lakin görüntülərdə və ilkin tibbi hesabatlarda onların fiziki və psixoloji vəziyyətlərinin sabit olduğu qeyd olunur.

Qəssam rəhbərliyi azad edilən əsirlərin beynəlxalq razılaşma çərçivəsində və heç bir zorakılığa məruz qalmadan qaytarıldığını vurğulayıb.

Bu addım, müşahidəçilərin fikrincə, Həmasın beynəlxalq səviyyədə siyasi məsuliyyətli aktor kimi təqdim olunması cəhdinin bir hissəsidir.

İsrail tərəfinin fələstinli məhbuslara münasibəti tənqid olunur

Eyni vaxtda İsrailin nəzarətində olan fələstinli məhbusların azadlığa buraxılması prosesi beynəlxalq müstəvidə ciddi tənqidlərə səbəb olub.

Məlumatlara görə, İsrail səhər tezdən Necef həbsxanasında saxlanılan fələstinli məhbusları avtobuslara mindirərək azadlığa hazırlayıb.

Lakin yayılan görüntülərdə əl-qandallı və gözləri bağlı məhbusların hərəkət etdirilməsi, həmçinin həbsxana yaxınlığında gözləyən izdihama İsrail əsgərlərinin müdaxiləsi ciddi narazılıq doğurub.

Beynəlxalq hüquq müdafiəçiləri bu davranışı “alçaldıcı və qeyri-insani rəftar” kimi qiymətləndirib.

BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsi azad edilən əsirlərin vəziyyəti ilə bağlı monitorinq prosesinə başladığını təsdiqləyib.

BMT Baş katibinin sözçüsü bildirib ki, bütün tərəflər beynəlxalq humanitar hüququn tələblərinə əməl etməli, mülki şəxslərə qarşı zorakılığın istənilən formasından çəkinməlidirlər.

Avropa İttifaqı da yayımladığı bəyanatda atəşkəsin davamlılığını və humanitar mexanizmlərin gücləndirilməsini vacib sayıb.

Ekspertlərin fikrincə, bu hadisə əsirlərə münasibətdə iki fərqli yanaşmanı ortaya qoyub.

Qəssam tərəfi əsirləri “sağ-salamat” qaytarmaqla beynəlxalq imicini gücləndirməyə çalışır.

İsrail tərəfi isə fələstinli məhbuslara qarşı sərt davranışı ilə humanitar hüquq normalarının pozulması ittihamı ilə üzləşib.

Regiondakı diplomatik müşahidəçilər bildirirlər ki, bu vəziyyət Həmas–İsrail danışıqlarında humanitar məsuliyyət balansını dəyişə bilər.

Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunan bu razılaşma Qəzzə böhranında danışıqlar mərhələsinin güclənməsi üçün mühüm sınaq hesab olunur.

İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb
Məqalədə: #İsrail #ABŞ #Avropa İttifaqı (Aİ) #Misir #Qətər #HƏMAS #Əbdülfəttah əs-Sisi #Əl-Qəssam Briqadaları #əsir mübadiləsi #Trampın Qəzza planı #qızılxaç komitəsi #İsrailli əsirlər #Fələstinli əsirlər

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:33
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.