SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşəbbüsü ilə I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu təşkil edilib. Tədbir SDU, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Auditorlar Palatası, KOBİA, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), MÜSİAD Azərbaycan və Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumu (KGK) tərəfindən birgə təşkil olunub. Simpoziumun Baş sponsoru SİNAM şirkəti olub.
Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 Bakıda keçiriləcək
Gənc MÜSİAD-ın beynəlxalq fəaliyyətləri çərçivəsində 1 noyabr 2025-ci il saat 10:00-da (qeydiyyat – 09:00) Bakının “Fairmont Baku” otelinin Nizami zalında Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 təşkil olunacaq.