7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib

Sumqayıt Dövlət Universitetində (SDU) İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşəbbüsü ilə I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu təşkil edilib. Tədbir SDU, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Auditorlar Palatası, KOBİA, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), MÜSİAD Azərbaycan və Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumu (KGK) tərəfindən birgə təşkil olunub. Simpoziumun Baş sponsoru SİNAM şirkəti olub.

13 Noyabr 2025 19:22
SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib

BAKI,AzerVoice, Orxan Qədirzadə

Sumqayıt Dövlət Universitetində (SDU) İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşəbbüsü ilə I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu təşkil edilib. Tədbir SDU, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Auditorlar Palatası, KOBİA, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), MÜSİAD Azərbaycan və Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumu (KGK) tərəfindən birgə təşkil olunub. Simpoziumun Baş sponsoru SİNAM şirkəti olub.

AzerVoice xəbər verir ki, simpoziumda Türkiyə və digər türkdilli ölkələrdən 30-dan çox nüfuzlu universitetin nümayəndələri, həmçinin iqtisadiyyat, maliyyə və rəqəmsallaşma sahəsində çalışan mütəxəssislər iştirak edib. Tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb, Dövlət Himni səsləndirilib və Qarabağ mövzusunda videoçarx nümayiş olunub.

Açılış mərasimində Milli Məclisin deputatı Tahir Mirkişili, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Murat Yaman, SDU-nun rektoru professor Əminağa Sadıqov, Bursa Uludağ Universitetinin prorektoru professor Zekeriya Arı, KOBİA sədrinin müavini Rüfət Atakişiyev, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, KGK-nın II sədri Hayrettin Kurt, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, MÜSİAD Azərbaycan sədrı Rəşad Cabirli, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, Elm və Təhsil Nazirliyinin baş məsləhətçisi Osman Hacıyev və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev çıxış ediblər.

Natiqlər simpoziumun mühasibat, maliyyə, audit və rəqəmsallaşma sahəsində müasir çağırışların müzakirəsi, elmi biliklərin inteqrasiyası və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Simpozium bölmələr üzrə işini davam etdirib. Müzakirə olunan mövzulara “Türk dünyasında mühasibat uçotu və audit sahəsində yeni trendlər”, “Peşəkar mühasiblərin və auditorların yetişdirilməsi üzrə dünya təcrübəsi”, “Beynəlxalq və milli standartların tətbiqi”, “Rəqəmsallaşma və süni intellektin tətbiqi”, “MHBS və audit standartlarında dəyişikliklər” və “Vergi qanunvericiliyində 2025-ci il dəyişiklikləri və 2026-cı il yenilikləri” daxildir.

Məruzəçilərə sertifikatlar təqdim olunub. Beynəlxalq simpoziumun ikinci mərhələsi bu gün Xəzər Universitetində keçirilir.

SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib
Məqalədə: #Türkiyə #MÜSİAD Azərbaycan #KOBİA #Sumqayıt Dövlət Universiteti #Xəzər Universiteti #I Beynəlxalq Maliyyə #Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) #SDU İqtisadi Araşdırmalar və Tədris Mərkəzi #Mühasibat #Audit və Rəqəmsallaşma Simpoziumu #Bursa Uludağ Universiteti #Türkiyənin İctimai Nəzarət #Mühasibat və Audit Standartları Qurumu (KGK) #SİNAM #Murat Yaman #Əminağa Sadıqov #Zekeriya Arı #Rüfət Atakişiyev #Vüqar Zeynalov #Hayrettin Kurt #Auditorlar Palatası #Osman Hacıyev #Təhsil Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.