Hüquq Bələdçisi - Mediasiyanın hüquqi əhəmiyyəti
Mediasiya mübahisələrin məhkəmədən kənar, lakin dövlət tərəfindən qanunla tanınan və tənzimlənən həll mexanizmidir. Hümmət Əliyevin sözlərinə görə, bu proses tərəflərə problemi bitərəf mediatorun iştirakı ilə, qarşılıqlı razılaşma yolu ilə həll etmək imkanı yaradır. Hər neçə mediasiya klassik məhkəmə prosesi olmasa da, müəyyən edilmiş hüquqi çərçivəyə malikdir və yekunda əldə olunan nəticə hüquqi əhəmiyyət daşıyır.
Hüquq Bələdçisi - 2025-ci ildə mediasiya sahəsində irəliləyişlər
2025-ci il: Mediasiya sahəsi üçün dönüş ili Hümmət Əliyev bildirib ki, 2025-ci il həm institusional, həm də ictimai baxımdan mediasiya üçün mühüm dönüş ili oldu. Cəmiyyət artıq mübahisələrin yalnız məhkəmə yolu ilə deyil, dialoq və qarşılıqlı anlaşma əsasında da həll edilə biləcəyini qəbul edir. Bu il mediasiya mexanizmlərinin praktik tətbiqi daha da genişləndiyi qeyd olunub.
Hüquq Bələdçisi - Mediasiya iqtisadi qənaət və sosial sabitliyin açarı
Mübahisələrin alternativ həlli mexanizmi kimi mediasiya müasir hüquq sistemində getdikcə daha mühüm yer tutur. Bu mexanizm məhkəmələrin yükünü azaltmaqla yanaşı, iqtisadi qənaət yaradır, biznes mühitini sağlamlaşdırır və cəmiyyətdə sosial sabitliyə töhfə verir. Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator-hüquqşünas Hümmət Əliyev AzerVoice-ə müsahibəsində mediasiyanın iqtisadiyyat və cəmiyyət üçün yaratdığı üstünlüklərdən danışıb.
Azərbaycan mediasiya sistemi beynəlxalq standartlara əsaslanaraq sürətlə inkişaf edir
Son illərdə mediasiya institutu dünya praktikasında olduğu kimi, Azərbaycanda da hüquq sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Məhkəmədənkənar mübahisə həlli mexanizmi kimi mediasiya həm vətəndaşlar, həm də hüquqşünaslar üçün getdikcə daha cəlbedici olur. Mövzunu daha dərindən anlamaq üçün Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyevlə söhbətləşdik.