Rusiya və Özbəkistan arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib - Mişustin
“İkitərəfli əməkdaşlıq prinsipial olaraq yeni səviyyəyə yüksəlib, iqtisadi qarşılıqlı fəaliyyət genişlənir, sənaye kooperasiyası inkişaf edir, birbaşa regionlararası əlaqələr fəallaşır. Biz birlikdə ərzaq təhlükəsizliyini gücləndirməyə davam edirik. Məsələn, kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsi ilk dörd ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,5 dəfə artıb”, — deyə o bildirib.
Rusiya vətəndaşların İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib
Baş nazir Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub.
Rusiya ilk dəfə yuanla borc alacaq
BRICS üzvü olan Rusiya, maliyyə siyasətində yeni addım ataraq ilk dəfə Çin yuanı ilə dövlət istiqrazlarının (OFZ) buraxılacağını açıqlayıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, bu qərar ölkənin maliyyə sistemində “dönüş nöqtəsi” ola bilər. İqtisadi ekspertlər hesab edirlər ki, yuanla borclanma Moskvanın Qərb maliyyə sistemindən tədricən uzaqlaşmasının və “dost ölkələrin valyutaları”na keçidin rəsmi təsdiqi kimi qiymətləndirilə bilər. Bu addım eyni zamanda Çin valyutasının beynəlxalq rezerv valyuta statusuna doğru irəliləməsinə də xidmət edir.
İran Cənubi Qafqaz ölkələri arasında istənilən əməkdaşlığı müsbət qarşılayır
İran Cənubi Qafqazda, qonşu və region ölkələri arasında gərginliyin azaldılması, dostluq və səmimi münasibətlərin qurulması üçün istənilən əməkdaşlıq və anlaşmanı müsbət qarşılayır.
Azərbaycan və Rusiya arasında əməkdaşlığın daha da artırılması perspektivləri müzakirə edilib
Noyabrın 13-də Bakıda Azərbaycanın Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb.
Mixail Mişustin COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsinin heyətinə BMT-nin Bakıdakı İqlim Konfransında (COP29) Baş nazir Mixail Mişustin rəhbərlik edəcək.