Papa XIV Leo Türkiyəyə səfərində sülh və dialoq mesajı verib
Papa XIV Leo Türkiyəyə səfəri çərçivəsində ölkənin kiçik Katolik icmasına dəstək verib və xristian kilsələri arasında birlik məsələlərinə diqqət çəkib. Bu, onun Türkiyəyə ilk rəsmi səfəridir. Papa XIV Leo İstanbulda Müqəddəs Ruh Katedralinə gələrək Türkiyədəki katolik ruhaniləri və rahibələrlə birgə dua mərasimində iştirak edib. Səfərin əsas məqsədi xristian tarixinin ən önəmli hadisələrindən biri olan — 325-ci ildə keçirilmiş və Nika Kredo bəyannaməsinin qəbul edildiyi Nika Məclisinin 1700-cü ildönümünün qeyd olunmasıdır.
Papanın Fələstin məsələsindəki mövqeyini yüksək qiymətləndiririk - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan katolik kilsəsinin rəhbəri Papa Leo ilə Ankarada keçirilən görüşdən sonra onun Fələstin məsələsindəki “uzaqgörən və prinsipial mövqeyini” yüksək qiymətləndirdiyini bildirib.