Mərvan Bərqutinin azad edilməsi üçün beynəlxalq kampaniya başladılıb
Fələstinli siyasi lider Mərvan Bərqutinin azadlığa buraxılması tələbi ilə yeni beynəlxalq kampaniya başladılıb. Aksiya Bərqutinin ailəsi, eləcə də Böyük Britaniyada fəaliyyət göstərən bir sıra hüquq müdafiəçiləri tərəfindən təşkil olunub və məqsəd 66 yaşlı siyasətçinin azad edilməsini İsraillə HƏMAS arasında növbəti mərhələ üzrə atəşkəs razılaşmasının əsas şərtlərindən birinə çevirməkdir.