Yaponiya hökuməti Mərkəzi Asiya ilə sammitə hazırlaşır
Dekabrın 19-20-də Tokioda Yaponiya-Mərkəzi Asiya Sammiti keçiriləcək. Yaponiya hökuməti Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini bir araya gətirəcək yüksək səviyyəli toplantının təşkilinə hazırlaşır. Yaponiyanın hakim Liberal Demokrat Partiyasının sədr müavini Taro Aso sammitin region ölkələri ilə Tokio arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.