İsrail yalnız 12 fələstinlinin Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya qayıtmasına icazə verib
İsrail təxminən iki illik fasilədən sonra Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsindən cəmi 12 fələstinlinin Qəzza zolağına qayıtmasına icazə verib. 2024-cü ilin may ayından bəri ilk dəfə məhdud və ciddi nəzarət altında ikitərəfli keçid üçün açılan məntəqədən 9 qadın və 3 uşaq olmaqla 12 fələstinli keçib. Onlar Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus avtomobillərin müşayiəti ilə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına çatdırılıblar.
Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib
Qəzzanın cənubundakı Rəfah istiqamətində fəaliyyət göstərən silahlı qrupların lideri Yasir Əbu Şəbabın öldürülməsi bölgədə yeni gərginlik yaradıb. Onun əsas varisi hesab olunan Qəssan əl-Dəhini HƏMAS-a qarşı müqaviməti davam etdirəcəyini açıqlayıb.