8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail yalnız 12 fələstinlinin Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya qayıtmasına icazə verib

İsrail təxminən iki illik fasilədən sonra Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsindən cəmi 12 fələstinlinin Qəzza zolağına qayıtmasına icazə verib. 2024-cü ilin may ayından bəri ilk dəfə məhdud və ciddi nəzarət altında ikitərəfli keçid üçün açılan məntəqədən 9 qadın və 3 uşaq olmaqla 12 fələstinli keçib. Onlar Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus avtomobillərin müşayiəti ilə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına çatdırılıblar.

3 Fevral 2026 12:39
İsrail yalnız 12 fələstinlinin Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya qayıtmasına icazə verib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail təxminən iki illik fasilədən sonra Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsindən cəmi 12 fələstinlinin Qəzza zolağına qayıtmasına icazə verib.

AzerVoice xəbər verir ki, 2024-cü ilin may ayından bəri ilk dəfə məhdud və ciddi nəzarət altında ikitərəfli keçid üçün açılan məntəqədən 9 qadın və 3 uşaq olmaqla 12 fələstinli keçib. Onlar Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus avtomobillərin müşayiəti ilə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına çatdırılıblar.

Nasir xəstəxanasının qarşısında yaxınlarını qarşılayan onlarla fələstinli aylardır görmədikləri ailə üzvlərini coşqu və göz yaşları ilə qarşılayıblar. Qəzzaya qayıdan şəxslər Misirdəki xəstəxanalarda müalicə alan xəstələr və onları müşayiət edən şəxslərdir. Lakin geri dönənlərin bəziləri sərhəddə İsrail hərbçilərinin pis rəftarına məruz qaldıqlarını, şəxsi əşyalarının və uşaqların oyuncaqlarının əllərindən alındığını bildiriblər.

İsrail və Misir mətbuatında yer alan məlumatlara görə, əslində 50 fələstinlinin Qəzzaya keçməsi gözlənilirdi, lakin yalnız 12 nəfər bölgəyə çata bilib. İsrail mətbuatı gündə 150 nəfərin Qəzzadan çıxışına, 50 nəfərin isə geri qayıtmasına icazə veriləcəyini yazsa da, tərəflər arasında sayla bağlı anlaşmazlıqlar davam edir. İsrail çıxanların sayının geri qayıdanlardan çox olmasını tələb edərkən, Misir bunun fələstinlilərin bölgədən zorla köçürülməsinə gətirib çıxaracağından narahatdır.

Rəfah sərhəd keçid məntəqəsinin infrastrukturu İsrailin hücumları nəticəsində ciddi zərər görüb və məntəqə təxminən 21 aydır tamamilə bağlı idi. Hazırda keçidlərə yalnız İsrailin xüsusi təsdiqindən sonra icazə verilir.

Sərhədin məhdud açılmasına baxmayaraq, İsrail atəşkəs planının əsas hissəsi olan humanitar yardımların və ağır texnikaların bölgəyə girişini hələ də əngəlləyir. Fələstin Səhiyyə Nazirliyi və beynəlxalq təşkilatların məlumatına görə, Qəzzada 4 mindən çoxu uşaq olmaqla, 16 min 500-dən çox yaralı və xəstə təcili olaraq xaricdə müalicə olunmaq üçün növbə gözləyir. Tibbi imkanların yetərsizliyi səbəbindən indiyədək 1000-dən çox fələstinlinin həyatını itirdiyi bildirilir.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Misir #Rəfah #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Rəfah sərhəd qapısı #Qəzza müharibəsi #Qəzza blokadası #Donald Tramp və Qəzza planı #Qəzzanın bərpası 2025 #Rəfah Qapısı #Rəfah bölgəsində daxili köç #Rəfah buraxılış məntəqəsi #ABŞ-ın Qəzzə planı: Beynəlxalq qüvvə Rəfaha göndəriləcək #Rəfah bölgəsi təhlükəsizliyi #lakin Rəfah hələ də bağlıdır #Rəfah toqquşmaları

Mövzu üzrə digər xəbərlər

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

16:28
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəmən

Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub

15:59
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır

14:48
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

14:09

Son Xəbərlər

Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.