Türkiyə 15 Dekabrda Dünya Türk Dili Ailəsi Gününə ev sahibliyi edəcək
Türk Dil Qurumu (TDK) 15 Dekabr Dünya Türk Dili Ailəsi Gününü bu il ilk dəfə xüsusi tədbirlə Ankarada qeyd etməyə hazırlaşır. UNESCO-nun 2025-ci il 3 noyabr tarixində keçirilən 43-cü Baş Konfransında qəbul etdiyi qərarla Türk dillərinin qədim mədəni irsi rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” kimi tanındı və beynəlxalq səviyyədə qeyd ediləcək günlər sırasına daxil edildi.