İslamabaddakı heyətimiz İranın maraqlarını cəsurca müdafiə edir - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran müzakirələrinə dair mühüm açıqlamalar verib. Prezident İslamabaddakı diplomatik prosesin gedişatından asılı olmayaraq, ölkə daxilində xidmətlərin fasiləsiz davam edəcəyini vurğulayıb. Pezeşkian hazırda Pakistanda olan yüksək səviyyəli İran nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirib: "Pakistandakı heyətimiz bütün varlığı ilə İranın maraqlarını qoruyur və bu istiqamətdə cəsurca danışıqlar aparır". O bildirib ki, diplomatik komanda Tehranın milli təhlükəsizlik və iqtisadi maraqlarından geri addım atmadan müzakirələri davam etdirir.
Azərbaycan öz suverenliyini qorumaq gücündədir və bunu hər kəs nəzərə almalıdır - Deputat
Azərbaycanın İranla münasibətlərə həssas yanaşdığı bir dövrdə İran tərəfindən Naxçıvan aeroportuna dron hücumunun həyata keçirilməsi yolverilməzdir.