Yevlax Pilot Aqroparkına 59,4 milyon manat investisiya yatırılıb
2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, indiyə qədər Yevlax Pilot Aqroparkına 59,4 milyon manatlıq investisiya yönəldilib.
Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib
Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər və vergi məsələləri ilə bağlı müraciət ediblər. 2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Bu xidmətlərin 327 minə yaxını “Bakı KOB evi”nin, 131 mindən çoxu “Yevlax KOB evi”nin, 18 minə yaxını “Xaçmaz KOB evi”nin, 67 mindən çoxu isə “Xaçmaz KOB evi”nin “Food City” Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür.
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə Bakı və digər şəhərlərarası, eləcə də Bakıətrafı yeni avtobus marşrutlarını müsabiqəyə çıxarır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq təşkil edilir.
"Kəpəz" "Qəbələ"yə, "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
Misli Premyer Liqasında XV turun daha iki oyunu keçirilib. “Kəpəz” Yexlaxda “Qəbələ”ni 1:0, “Qarabağ” isə evdə “Araz-Naxçıvan”ı 5:1 hesabı ilə məğlub edib.