İran Livan xalqını tərk etməyəcək - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian İsrailin Livan ərazisinə hücumlarının atəşkəs razılaşmasını pozduğunu bəyan edib. Qeyd olunub ki, İran rəhbərliyi İsrailin son hərbi əməliyyatlarını tənqid edərək bunun əldə olunmuş müvəqqəti atəşkəsə zidd olduğunu vurğulayıb.
Beyrut və Tehran arasında yeni və daha gərgin mərhələ
Livandakı yüksək vəzifəli rəsmi mənbə “Əş-Şərq əl-Əvsət” qəzetinə bildirib ki, bu imtina “nə protokol, nə də şəxsi səbəblərlə bağlıdır; bu, açıq siyasi mövqedir”. Mənbənin sözlərinə görə, Livan–İran münasibətləri yalnız bərabərhüquqlu əsasda qurula bilər və İran öz münasibətlərini yalnız Livan dövləti və onun legitim institutları ilə məhdudlaşdırmalı, başqa tərəflərlə paralel kanallardan istifadə etməməlidir.