Fələstinli xristianlar İsrail işğalı şəraitində Miladı qeyd ediblər
İsrail işğalı altında olan Fələstin ərazilərində yaşayan xristianlar bu il Milad bayramını məhdudiyyətlər və müharibə fonunda qeyd ediblər. Bayram mərasimləri iki illik fasilədən sonra ilk dəfə Beytül-Ləhm şəhərindəki tarixi Yəsli meydanında qeyd edilib. İsa Məsihin Doğuluş Kilsəsinin yunan-pravoslav ruhanisi İssa Talciyə Yəsli meydanında çıxış edərək bildirib ki, şəhər sakinləri iki ildən sonra ilk dəfə skaut yürüşlərini, Milad ağacını və dini mərasimləri yenidən görə biliblər. Bu tədbirlər əvvəlki illərdə İsrailin təhlükəsizlik tədbirləri səbəbilə ləğv edilmişdi.