Tarixdə ən ölümcül zəlzələ: 1556-cı ildə Çində 830 min insan həlak oldu
İnsanlıq təxminən 4 min ildir zəlzələləri qeydə alır. Tarixi mənbələrdə sənədləşdirilmiş bütün bu təbii fəlakətlər arasında ən ölümcül zəlzələ Çində baş verib.23 yanvar 1556-cı ildə Çinin Şensi (Shaanxi) və ona bitişik Şansi (Shanxi) əyalətlərində baş verən güclü zəlzələ nəticəsində təxminən 830 min insan həyatını itirib.