Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarını təsdiqlədi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni əməliyyatların Ukrayna Təhlükəsizlik Xidməti xətti ilə razılaşdırıldığını açıqlayıb. Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin döyüş əməliyyatları ölkənin maraqlarına tam uyğun şəkildə həyata keçirilir. O bildirib ki, son dövrdə baş vermiş əməliyyatların detalları barədə ictimaiyyətə açıqlama vermək hələ tezdir, lakin gözlənilən nəticələr əldə olunub və yeni əməliyyatlar da razılaşdırılıb.