9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarını təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni əməliyyatların Ukrayna Təhlükəsizlik Xidməti xətti ilə razılaşdırıldığını açıqlayıb. Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin döyüş əməliyyatları ölkənin maraqlarına tam uyğun şəkildə həyata keçirilir. O bildirib ki, son dövrdə baş vermiş əməliyyatların detalları barədə ictimaiyyətə açıqlama vermək hələ tezdir, lakin gözlənilən nəticələr əldə olunub və yeni əməliyyatlar da razılaşdırılıb.

10 Yanvar 2026 22:42
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarını təsdiqlədi

BAKI, AzerVoice, Orxan Qədirzadə

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni əməliyyatların Ukrayna Təhlükəsizlik Xidməti xətti ilə razılaşdırıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Prezident bu barədə qurumun rəhbər vəzifəsini icra edən Yevgeni Xmara ilə görüşdən sonra məlumat verib.

Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin döyüş əməliyyatları ölkənin maraqlarına tam uyğun şəkildə həyata keçirilir. O bildirib ki, son dövrdə baş vermiş əməliyyatların detalları barədə ictimaiyyətə açıqlama vermək hələ tezdir, lakin gözlənilən nəticələr əldə olunub və yeni əməliyyatlar da razılaşdırılıb.

Prezident vurğulayıb ki, Ukrayna Təhlükəsizlik Xidməti ölkəyə qarşı diversiyaların bütün formalarına, eləcə də kollaborasiya hallarina qarşı mübarizəni davam etdirir. Onun sözlərinə görə, Ukrayna ərazisində Rusiya strukturlarının istənilən fəaliyyəti davamlı şəkildə bloklanır.

Bundan əvvəl Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov pilotsuz uçuş aparatlarının hücumundan sonra bölgədə neft bazasında yanğın baş verdiyini bildirmişdi. Onun sözlərinə görə, hadisə Oktyabr rayonunda qeydə alınıb və yanğınsöndürmə briqadaları ilə operativ xidmətlər hadisə yerində işləyir.

İlkin məlumatlara əsasən, ölən və xəsarət alan yoxdur. Hakimiyyət orqanları yaxınlıqdakı yaşayış evlərinin sakinlərinin mümkün təxliyəsi üçün Oktyabr 2 nömrəli məktəbdə müvəqqəti yerləşdirmə məntəqəsini hazır vəziyyətə gətirib.

Rusiya Müdafiə Nazirliyi isə yanvarın 10-na keçən gecə hava hücumundan müdafiə qüvvələrinin on region üzərində, həmçinin anneksiya edilmiş Krım ərazisində Ukraynaya məxsus 59 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Nazirlik hücumların konkret hansı obyektləri hədəf aldığına dair məlumat verməyib.

Zelenski SBU əməliyyatları, Ukrayna təhlükəsizlik addımları, Rusiyaya qarşı diversiya əleyhinə tədbirlər, Volqoqrad PUA hücumu, Rusiya HHM açıqlaması, Ukrayna müharibəsi son vəziyyət

Məqalədə: #Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin yeni əməliyyatlarını açıqladı #Kiyev Rusiyaya qarşı yeni təhlükəsizlik əməliyyatlarını razılaşdırdı #Ukrayna Təhlükəsizlik Xidməti yeni mərhələyə keçir #Zelenski: Gözlənilən nəticələr əldə olunub #Ukrayna Rusiyaya qarşı əməliyyatları genişləndirir #Zelenskiy Ukrayna Güvenlik Servisi’nin yeni operasyonlarını duyurdu #Ukrayna Rusya’ya karşı yeni güvenlik adımlarını onayladı #Kiev’den yeni operasyon mesajı #Zelenskiy: Beklenen sonuçlar alındı #Ukrayna karşı sabotaj faaliyetlerini artırıyor

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.