İraq əsilli sabiq britaniyalı nazir ifrat sağçı “İslahat” Partiyasına qoşuldu
Böyük Britaniyanın sabiq maliyyə naziri, iraq əsilli Nazim Zəhavi bazar ertəsi hakim Mühafizəkarlar Partiyasından ayrılaraq Naycel Faracın rəhbərlik etdiyi ifrat sağçı “İslahat” Partiyasına qoşulduğunu açıqlayıb. Zəhavi bildirib ki, Böyük Britaniya “dağıdılmış vəziyyətdədir” və ölkənin islahata ehtiyacı var. Onun sözlərinə görə, bu islahatları həyata keçirə biləcək yeganə şəxs Naycel Faracdır və o, baş nazir olmalıdır.