Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Danimarka hakimiyyəti ABŞ tərəfindən Qrenlandiya üzərində mümkün nəzarətə dair açıqlamalar fonunda adanın müdafiə imkanlarını gücləndirmək niyyətini bəyan edib. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, Kopenhagen Qrenlandiyada hərbi mövcudluğu artıracaq və 2026-cı ildə Arktikada birgə təlimlərin və NATO mövcudluğunun genişləndirilməsi ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr aparır.