ABŞ ilə Türkiyə arasında enerji əməkdaşlığında yeni addım - BOTAŞ və Mercuria arasında müqavilə imzalandı
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Ev görüşü öncəsi mühüm enerji razılaşmasının imzalandığını açıqlayıb. Razılaşmaya əsasən, 2026-cı ildən başlayaraq hər il təxminən 4 milyard kubmetr, ümumilikdə isə 70 milyard kubmetr təbii qaz ekvivalenti LNG Türkiyəyə gətiriləcək. LNG həm ABŞ-dakı yükləmə terminallarından, həm də Türkiyə, Avropa və Şimali Afrikadakı qazlaşdırma mərkəzlərindən təhvil veriləcək.
Misir İsrail qazından asılılığı azaltmaq üçün alternativlər axtarır
İsrail tərəfi son günlərdə Misirlə imzalanmış iri həcmli qaz müqaviləsini ləğv etmək ehtimalını gündəmə gətirib. İsrail mediasının yazdığına görə, Netanyahu və enerji naziri Eli Kohen avqustda imzalanmış sövdələşməni yenidən nəzərdən keçirmək niyyətindədirlər. Bu isə Qahirədə ciddi narazılıq yaradıb.Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Baş nazir Mustafa Madbuli və neft naziri Karim Bədavi ilə keçirdiyi iclasda yerli qaz hasilatının artırılması, yeni enerji strategiyası və enerji mərkəzinə çevrilmə planları müzakirə olunub.
İraq, qaz idxalını asanlaşdırmaq üçün ABŞ şirkəti ilə üzən qaz anbarı tikintisini müzakirə edir
Hesabatda bildirilir ki, İraq uzun müddətdir elektrik enerjisi istehsalı üçün İran qazından asılı vəziyyətdədir.