Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat
Suriyanın terroru dəstəkləyən dövlət təsnifatından çıxarılması onun təcriddən tərəfdaşlığa doğru yolunda növbəti addımdır və Birləşmiş Ştatlar ilə Suriya arasında qarşılıqlı maraqlara əsaslanan yeni münasibətlərdə daha bir təməl daşıdır.ArabAZ xəbər veri ki, bu haqda ABŞ-nin Dəməşqdəki Səfirliyinin "X" platformasındakı paylaşımında deyilir.
Marko Rubio və Cey Di Vens Tramp siyasətinin iki müxtəlif istiqamətini təmsil edir?
ABŞ Prezidenti Donald Trampın İranla sülh razılaşmasına nail olmaq istiqamətində administrasiya daxilində fərqli siyasi baxışlara malik yüksək vəzifəli şəxslərdən istifadə etməsi diqqət çəkir. ABŞ dövlət katibi Marko Rubio sərt mövqeli siyasətçi kimi qiymətləndirildiyi halda, vitse-prezident Cey Di Vens daha yumşaq və diplomatik yanaşmanın tərəfdarı hesab olunur.
ABŞ-dan İrana mesaj: Nüvə danışıqları olmasa, gərginlik arta bilər
ABŞ-ın keçmiş rəsmisi Mark Kimmitt İranın Vaşinqtonun sülh təklifini tam rədd etməməsinin diplomatik imkanlar yaratdığını bildirib. O qeyd edib ki, Tehran nüvə proqramını müzakirə etməkdən imtina edərsə, regionda gərginliyin yenidən artması ehtimalı yüksələcək.
Marko Rubio NATO-ya qarşı tənqidlərini yeniləyib - münasibətlər yenidən baxılacaq
ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibəsində NATO ilə bağlı sərt xəbərdarlıqlarını bir daha dilə gətirib. VOA xəbər verir ki, Dövlət katibi bəyan edib ki, İranla müharibə başa çatdıqdan sonra Birləşmiş Ştatlar Şimali Atlantika Alyansı (NATO) ilə münasibətlərini "yenidən nəzərdən keçirməli" olacaq.
Marko Rubio G7 ölkələrinə Vaşinqtonun İrandakı hədəflərinə yaxınlaşdığını bildirib
ABŞ-ın dövlət katibi Marko Rubio Böyük Yeddilər (G7) qrupundakı həmkarları ilə keçirdiyi görüşdə İranla bağlı strateji məqamları açıqlayıb. VOA xəbər verir ki, Rubio müttəfiqlərinə Vaşinqtonun hərbi və siyasi təzyiqlər vasitəsilə öz hədəflərinə nail olmaq üzrə olduğunu vurğulayıb.
Tramp İranın nüvə proqramını yenidən başlatmağa çalışdığını iddia etdi
ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib. Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib. İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.
Ceyhun Bayramov Marko Rubio ilə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasını müzakirə etdi
Ceyhun Bayramov ilə ABŞ dövlət katibi arasında telefon danışığı aparılıb.