ABŞ ordusu strategiyasını dəyişir: əsas prioritet daxili təhlükəsizlik və Çin olacaq
ABŞ Müdafiə Nazirliyi 2026-cı il üçün Milli Müdafiə Strategiyasını açıqlayaraq hərbi prioritetlərdə köklü dəyişiklik etdiyini bəyan edib. Pentagonun sənədində bildirilir ki, ABŞ qüvvələri Hind-Sakit okean bölgəsinə və daxili müdafiəyə fokuslandığı bir vaxtda, digər bölgələrdəki tərəfdaşlar yalnız “məhdud, lakin kritik” dəstək alacaq. Bu yanaşma əvvəlki administrasiyanın siyasətindən ciddi şəkildə fərqlənir. Yeni strategiyada Çinlə münasibətlərdə “hörmətə əsaslanan yanaşma” tövsiyə olunur, Rusiya isə NATO-nun şərq cinahına təsir göstərən “davamlı, lakin idarəolunan təhlükə” kimi xarakterizə edilir. Sənəddə Tayvan məsələsinə ümumiyyətlə toxunulmaması diqqət çəkir.