Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstan Milli Bankı arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib
Türk dünyasının mədəni irsinin qorunması və müasir dövrdə təbliği istiqamətində institusional əməkdaşlığın genişləndirilməsi gündəmdədir. 27 yanvar 2026-cı il tarixində Qazaxıstana rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Qazaxıstan Respublikası Milli Bankının sədr müavini Aliya Moldabekova arasında görüş keçirilib. Görüşdə ortaq tarixi-mədəni irsin qorunması, maliyyə institutlarının mədəni diplomatiyada rolu və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.