İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq
İsrail 27 oktyabr tarixində ölkə tarixinin bəlkə də ən həlledici parlament seçkilərinə hazırlaşır. Bu dəfə əsas siyasi rəqabət təkcə qonşu dövlətlərlə münaqişələr və ya fələstinlilərlə münasibətlər ətrafında dönməyəcək. Səsvermənin əsas mahiyyəti İsrailin 1948-ci ildə baniləri tərəfindən təməli qoyulmuş liberal-demokratik dövlət modelini qoruyub saxlayacağı, yoxsa ultradindar (Haredi) və sağçı təsirlərin üstünlük təşkil etdiyi illiberal idarəetməyə doğru daha sürətlə sürüşəcəyi sualına cavab tapmaq olacaq.
İsrailin tacsız kralı Netanyahu İsraildə hakimiyyət oyununu necə idarə edir?
Bəzilərinin Binyamin Netanyahuya verdiyi "İsrailin tacqoyulmamış kralı" ləqəbi boş yerə yaranmayıb. Bu, həmin şəxsin öz cəmiyyətinin təbiətini və oradakı hakim siyasi elitanı ən yaxşı anlayan İsrail siyasətçisi olması həqiqətindən qaynaqlanır. O, bütün rəqiblərini manipulyasiya etmək, daxili və xarici arenada özünü qəbul etdirmək üçün qeyri-adi qabiliyyət nümayiş etdirib. Baxmayaraq ki, o, dövlətinin və ya xalqının mənafeyini deyil, daha çox şəxsi maraqlarını güdür və toxunulmazlığını qoruyaraq, İsrail qanunlarına görə baş nazirə verilən toxunulmazlıqdan məhrum olacağı təqdirdə həbsxanaya girməmək üçün hər şeyi edir.