Epşteyn sənədləri fonunda spekulyasiyalar bazarı silkələdi, “Microsoft”un dəyərində kəskin eniş qeydə alındı
Bazarlar son günlər süni intellekt xərcləri ilə bağlı narahatlıqlar və Epşteyn işi üzrə yeni sənədlərin dövriyyəyə çıxması fonunda yüksələn informasiya təzyiqi altında dalğalanır. ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə geniş həcmli materialların ictimaiyyətə təqdim edildiyini açıqlayıb. Bu fonda sosial mediada yayılan müxtəlif iddialar və şərhlər investor davranışına da təsir göstərib, xüsusilə böyük texnologiya şirkətlərinin səhmlərində riskdən yayınma meyli güclənib.