13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Epşteyn sənədləri fonunda spekulyasiyalar bazarı silkələdi, “Microsoft”un dəyərində kəskin eniş qeydə alındı

Bazarlar son günlər süni intellekt xərcləri ilə bağlı narahatlıqlar və Epşteyn işi üzrə yeni sənədlərin dövriyyəyə çıxması fonunda yüksələn informasiya təzyiqi altında dalğalanır. ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə geniş həcmli materialların ictimaiyyətə təqdim edildiyini açıqlayıb. Bu fonda sosial mediada yayılan müxtəlif iddialar və şərhlər investor davranışına da təsir göstərib, xüsusilə böyük texnologiya şirkətlərinin səhmlərində riskdən yayınma meyli güclənib.

6 Fevral 2026 22:39
Epşteyn sənədləri fonunda spekulyasiyalar bazarı silkələdi, “Microsoft”un dəyərində kəskin eniş qeydə alındı
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

Bazarlar son günlər süni intellekt xərcləri ilə bağlı narahatlıqlar və Epşteyn işi üzrə yeni sənədlərin dövriyyəyə çıxması fonunda yüksələn informasiya təzyiqi altında dalğalanır.

AzerVoice xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə geniş həcmli materialların ictimaiyyətə təqdim edildiyini açıqlayıb. Bu fonda sosial mediada yayılan müxtəlif iddialar və şərhlər investor davranışına da təsir göstərib, xüsusilə böyük texnologiya şirkətlərinin səhmlərində riskdən yayınma meyli güclənib.

Beynəlxalq maliyyə icmallarında qeyd olunur ki, proqram təminatı və məlumat xidmətləri seqmentində son həftələr kəskin ucuzlaşma dalğası müşahidə edilib və bu geriləmə süni intellektin sektora mümkün təsirləri, eləcə də iri şirkətlərin artan kapital xərcləri ilə bağlı narahatlıqlarla izah olunur.

Bu prosesdən ən çox təsirlənən nəhənglərdən biri “Microsoft” olub. Yanvarın 29-da şirkətin səhmləri bir gündə təxminən 10% geriləyib və bazar dəyərində 350 milyard dollardan çox azalma qeydə alınıb. Analitiklər itkilərin birbaşa “real maliyyə itkisi” deyil, səhm qiymətinin dəyişməsi nəticəsində bazar kapitalizasiyasının azalması olduğunu vurğulayırlar.

Müşahidəçilər bildirir ki, “Microsoft”un pay qiymətinə təzyiq yaradan əsas amillər arasında “Azure” bulud xidmətlərində artım tempinə dair gözləntilər, süni intellekt infrastrukturuna böyük həcmli yatırımların gəlirliliyi ilə bağlı suallar və bazarda ümumi risk iştahının zəifləməsi yer alır.

Eyni zamanda, Epşteyn materialları ətrafında yenidən qızışan müzakirələr bir sıra məşhur şəxslərin və çevrələrin mediada yenidən gündəmə gəlməsinə səbəb olub. Reuters-in fakt materiallarında qeyd olunur ki, sənədlər müxtəlif yüksək profilli şəxslərə dair təmas və yazışmalar barədə detallar da ehtiva edir.

Məqalədə: #Epşteyn sənədləri fonunda bazar dalğalandı #Microsoft səhmləri kəskin ucuzlaşdı #Spekulyasiyalar investorları ehtiyatlı etdi: Microsoftun bazar dəyərində böyük azalma #Süni intellekt xərcləri və informasiya təzyiqi: texnologiya səhmlərində eniş #Microsoftda sərt satış dalğası: bazar kapitalizasiyasında yüz milyardlarla azalma #Texnologiya sektorunda qeyri-müəyyənlik dərinləşir #Microsoft təzyiq altında #Epşteyn dosyesi gündəmdə: bazarlarda riskdən yayınma gücləndi #Epstein belgeleri sonrası piyasa dalgalandı #Microsoft hisseleri sert geriledi #Spekülasyonlar yatırımcıları tedirgin etti: Microsoft’un değeri düştü #Microsoft’ta satış dalgası: piyasa değerinde büyük düşüş #Piyasalarda belirsizlik arttı #teknoloji hisseleri geriledi #Epstein dosyası gündemde: yatırımcı duyarlılığı zayıfladı

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.