Xamenei regional müharibə barədə xəbərdarlıq edib
İranın ali rəhbəri Əli Xamenei ölkədə 1979-cu il inqilabının ildönümü ərəfəsində xalqa müraciət edərək, daxili birliyi qorumağa və xarici təzyiqlərə qarşı müqavimət göstərməyə çağırıb. Xamenei ABŞ-la artan gərginlik və Tehranda keçirilən dolayı nüvə danışıqları fonunda Vaşinqtonun müharibə hədələrinin "yeni olmadığını" bildirib.