Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb
Banqladeşdə parlament seçkiləri və siyasi islahatlarla bağlı referendumda səsvermə prosesi yekunlaşıb və hazırda səslərin sayılması prosesi davam edir. Bu seçkilər ölkə tarixində mühüm mərhələ hesab olunur və əsas mübarizə iki böyük qüvvə arasında gedir. Əsas rəqabət Tariq Rəhmanın rəhbərlik etdiyi Banqladeş Milliyyətçi Partiyası (BNP) ilə Şəfiqur Rəhmanın başçılıq etdiyi 11 partiyalı koalisiya arasındadır. Rəy sorğuları Tariq Rəhmanın baş nazir postu üçün favorit olduğunu göstərsə də, tərkibində 2024-cü il üsyanının tələbə liderləri tərəfindən yaradılmış Milli Vətəndaş Partiyasının (NCP) da yer aldığı "Camaat-e-İslami" alyansının gözlənilməz nəticə göstərə biləcəyi istisna edilmir.