Böyük Britaniyanın baş nazir müavini istefa verib
Böyük Britaniyanın baş nazir müavini Ancela Reyner vergi qalmaqalı səbəbindən istefa verib. Məlumata görə, Reyner həmçinin mənzil-kommunal təsərrüfatı, icmalar və yerli özünüidarəetmə naziri postunu, eləcə də Leyboristlər Partiyasının sədr müavini vəzifəsini tərk edib. Baş nazir Kir Starmer onun istefasından məyus olduğunu bildirib və Reynerə gördüyü işlərə görə təşəkkür edib.
Sabahdan etibarən ABŞ-a mal idxal edən ölkələrə rüsumları göstərən məktublar göndəriləcək
Bazar ertəsindən etibarən ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-a mal idxal edən ölkələrə idxal rüsumlarını göstərən məktublar göndərməyə başlayacaq.
Tramp Harvard Universitetinə xəbərdarlıq məktubu göndərib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinə məktub göndərərək, aparılan araşdırma nəticəsində universitetin israilli tələbələrlə rəftarı səbəbilə federal vətəndaş hüquqları qanununu pozduğunu bildirib.