Alyaska yaxınlığında Rusiya hərbi təyyarələri aşkar edilib
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Alyaska sahillərində, beynəlxalq hava məkanında uçuş həyata keçirən Rusiya Aerokosmik Qüvvələrinə məxsus beş hərbi təyyarəni izləyib və onların qarşısını kəsib. Rusiya aviasiya qrupuna iki ədəd Tu-95 strateji bombardmançı, iki ədəd Su-35 qırıcı və bir ədəd A-50 uzaqməsafəli radar aşkarlama təyyarəsi daxil olub. Təyyarələr Berinq boğazı yaxınlığında, Alyaska Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında (ADIZ) fəaliyyət göstəriblər.