Pakistanın şimalında daşqın qurbanlarının sayı 330-a çatıb
Geo News-un məlumatına görə, axtarış-xilasetmə qrupları bir gecədə Hayber Paxtunxva əyalətində sürüşmə və daşqın nəticəsində dağılan evlərin altından çoxlu cəsəd çıxarıb. Ən çox itki Hayber Paxtunxvada qeydə alınıb – 307 nəfər, Gilgit Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfərin həyatını itirdiyi bildirilib. Rəsmilər həmçinin 32 nəfərin itkin düşdüyünü açıqlayıb. Məlumata görə, Pakistanın şimal bölgələrində güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir. Baş nazir Şahbaz Şərif Hayber Paxtunxvaya dərman, ərzaq və digər zəruri yardımların dərhal çatdırılması barədə göstəriş verib.
Hindistanda torpaq sürüşməsi fövqəladə vəziyyət yaradıb
Rəsmilərin “India Today” qəzetinə verdiyinilkin məlumatlara görə, sürüşmə nəticəsində 4 nəfər həyatını itirib. Rəsmilər bölgədə 50-dən çox insanın itkin düşdüyü bildirir.
Hindistanda musson yağışları nəticəsində 100-dən çox insan həlak olub
Hindistanda musson yağışları nəticəsində 125 nəfər həlak olub.
2023-cü ildə Türkiyədə 5 mindən çox təbii hadisə qeydə alınıb
Türkiyədə 2023-cü il ərzində ümumilikdə 5233 təbii mənşəli hadisə baş verib.
Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb
Kolumbiyanın qərbində yerləşən Belyo bələdiyyəsində torpaq sürüşməsi nəticəsində azı 23 nəfər həlak olub.