İngiltərə İranla bağlı əməliyyatda iştirak etmədiyini açıqladı
Böyük Britaniyanın Baş naziri Kir Starmer İran ərazisinə yönəlmiş hərbi zərbələrlə bağlı ölkəsinin əməliyyatlarda iştirak etmədiyini bəyan edib. Baş nazir Kir Starmer bölgədə artan gərginlik fonunda keçirdiyi brifinqdə Böyük Britaniyanın sözügedən hücumların tərkib hissəsi olmadığını bildirib. Onun sözlərinə görə, London İran əleyhinə həyata keçirilən hərbi əməliyyatlarda birbaşa iştirak etməyib.