Türkiyə Şimali Kipr təhlükəsizliyi üçün yeni hərbi planları nəzərdən keçirir
Türkiyənin Milli Müdafiə Nazirliyinə istinad edən mənbələr son regional hadisələr fonunda Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin təmin olunması məqsədilə mərhələli planlaşdırmanın aparıldığını açıqlayıb. Bildirilib ki, müzakirə edilən variantlardan biri F-16 qırıcı təyyarələrinin adada yerləşdirilməsi məsələsidir.