Bəhreyndə "Bapco" enerji obyekti vurulub - Yanğın söndürülüb
Bəhreyn Rəsmi Xəbər Agentliyi (BNA) ölkənin milli enerji şirkəti olan "Bapco Energy"yə məxsus anbarda baş verən yanğının tamamilə söndürüldüyünü bəyan edib. Rəsmi məlumatda yanğının İran tərəfindən həyata keçirilən hücum nəticəsində başladığı bildirilir.
Bəhreyn, ABŞ və Böyük Britaniya regional təhlükəsizliklə bağlı fövqəladə məsləhətləşmələr keçirib
Regionda artan hərbi gərginlik fonunda Bəhreyn, ABŞ və Böyük Britaniya təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün təcili məsləhətləşmələr keçirib. Bəhreyn Milli Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, Manama “Təhlükəsizlik İnteqrasiyası və Rifah üzrə Kompleks Saziş”in ikinci maddəsini aktivləşdirərək fövqəladə məsləhətləşmələr prosesini başladıb. Məsləhətləşmələr saziş çərçivəsində fəaliyyət göstərən Müdafiə üzrə İşçi Qrupunun formatında keçirilib.