10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Bəhreyn, ABŞ və Böyük Britaniya regional təhlükəsizliklə bağlı fövqəladə məsləhətləşmələr keçirib

Regionda artan hərbi gərginlik fonunda Bəhreyn, ABŞ və Böyük Britaniya təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün təcili məsləhətləşmələr keçirib. Bəhreyn Milli Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, Manama “Təhlükəsizlik İnteqrasiyası və Rifah üzrə Kompleks Saziş”in ikinci maddəsini aktivləşdirərək fövqəladə məsləhətləşmələr prosesini başladıb. Məsləhətləşmələr saziş çərçivəsində fəaliyyət göstərən Müdafiə üzrə İşçi Qrupunun formatında keçirilib.

7 Mart 2026 19:58
Bəhreyn, ABŞ və Böyük Britaniya regional təhlükəsizliklə bağlı fövqəladə məsləhətləşmələr keçirib

BAKI, VOA, Orxan Qədirzadə

Regionda artan hərbi gərginlik fonunda Bəhreyn, ABŞ və Böyük Britaniya təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün təcili məsləhətləşmələr keçirib.

VOA xəbər verir ki, Bəhreyn Milli Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, Manama “Təhlükəsizlik İnteqrasiyası və Rifah üzrə Kompleks Saziş”in ikinci maddəsini aktivləşdirərək fövqəladə məsləhətləşmələr prosesini başladıb. Məsləhətləşmələr saziş çərçivəsində fəaliyyət göstərən Müdafiə üzrə İşçi Qrupunun formatında keçirilib.

Bildirilib ki, bu addım İran tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatları hücumlarından sonra atılıb. Bəhreyn hakimiyyətinin məlumatına görə, həmin hücumlar krallıq ərazisində mülki və yaşayış məntəqələrini hədəfə alıb.

Bəhreyn Xəbər Agentliyinin məlumatına əsasən, məsləhətləşmələrdə ölkənin milli təhlükəsizlik üzrə müşaviri və Ali Müdafiə Şurasının baş katibi general-leytenant Şeyx Nasir bin Həməd Əl-Xəlifə iştirak edib. O, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi marşal Riçard Nayton ilə görüş keçirib.

Görüş zamanı tərəflər Bəhreynin suverenliyi və ərazi bütövlüyünə qarşı birbaşa təhdid kimi qiymətləndirilən hadisələrə qarşı koordinasiyalı müttəfiq cavabının zəruriliyini müzakirə ediblər. İştirakçılar tərəfdaş ölkələr arasında təhlükəsizlik əməkdaşlığının güclü olduğunu vurğulayaraq regional sabitliyə yönələn təhdidlərə qarşı birgə fəaliyyət öhdəliyini bir daha təsdiqləyiblər.

Müzakirələrdə həmçinin saziş çərçivəsində yaradılmış strateji tərəfdaşlıq mexanizmlərinin əhəmiyyəti vurğulanıb. Rəsmilər təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və xarici təhdidlərə qarşı kollektiv çəkindirmə tədbirlərinin artırılması istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyini bildiriblər.

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper sosial şəbəkədəki rəsmi hesabında İranın hücumlarını qəbuledilməz adlandırıb və Vaşinqtonun regiondakı tərəfdaşları ilə birlikdə mülki əhalini təhdid edən risklərə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.

Eyni zamanda Böyük Britaniyanın baş naziri Kir Starmer Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə ilə telefon danışığı zamanı bildirib ki, London regiona əlavə olaraq dörd “Tayfun” qırıcı təyyarəsi göndərəcək. Təyyarələrin Qətərdə yerləşdirilməsi və Bəhreyn üçün müdafiə hava örtüyünün gücləndirilməsi nəzərdə tutulur.

Bəhreyn rəsmiləri ölkənin regional sabitliyin qorunmasına, vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə və dövlətin suverenliyinin müdafiəsinə sadiq olduğunu vurğulayıb. Eyni zamanda beynəlxalq ictimaiyyəti İranın mülki əraziləri hədəfə aldığı iddialarının ciddiliyini nəzərə almağa və müttəfiqlərin vahid cavab verməsinin vacibliyini qəbul etməyə çağırıb.

Məqalədə: #Bəhreyn #ABŞ və Böyük Britaniya İran təhlükəsi ilə bağlı təcili məsləhətləşmələr keçirib #Manama regional təhlükəsizlik üzrə fövqəladə mexanizmi işə salıb #İran hücumları iddiası fonunda müttəfiqlər təhlükəsizlik məsələsini müzakirə edib #ABŞ və Böyük Britaniya Bəhreynlə birlikdə təhlükəsizlik planını müzakirə etdi #Regional gərginlik: Bəhreyn #ABŞ və Böyük Britaniya birgə cavabı müzakirə edir #Bəhreynin təhlükəsizliyi üçün müttəfiq dövlətlər fövqəladə görüş keçirdi

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23

Son Xəbərlər

"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.