Məhkəmə 23andMe məlumat sızmasının qurbanlarına 46,75 milyon dollarlıq kompensasiyanı təsdiqləyib
ABŞ-də məhkəmə 23andMe şirkətində baş vermiş məlumat sızmasının qurbanları üçün 46,75 milyon ABŞ dolları məbləğində kompensasiya razılaşmasını təsdiqləyib. Qərar Missuri ştatının Sent-Luis şəhərində iflas üzrə hakim Brayan Uolş tərəfindən qəbul edilib. Hakim razılaşmanın ədalətli və bütün tərəflərin maraqlarına uyğun olduğunu bildirib. Kompensasiya 2023-cü ildə baş vermiş məlumat sızmasından zərər çəkmiş şəxslərə ödəniləcək. Bu hadisə şirkətin məlumat təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaratmışdı. Qərar 23andMe şirkətinin iflas prosesi çərçivəsində qəbul olunub. Mütəxəssislər bunu məlumat sızması qurbanlarının hüquqlarının müdafiəsi istiqamətində mühüm addım kimi qiymətləndirirlər.
Metroda baş verən hadisə ilə bağlı kompensasiya məsələsinə aydınlıq gətirildi
Metroda aprelin 21-də baş vermis hadisə ilə əlaqədar kompensasiya və güzəşt məsələləri ilə bağlı qərarlar mövcud qaydalara uyğun araşdırmanın nəticələrinə əsasən, müvafiq qurumlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Bütün sosial ödənişlər martın 13-də qrafikdən əvvəl yekunlaşdırılacaq
Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub.